The Best-2019: Messi mövsümün ən yaxşı futbolçusu seçildi

The Best-2019: Messi mövsümün ən yaxşı futbolçusu seçildi

FIFA-nın versiyasına əsasən, "Barselona"nın hücumçusu Lionel Messi mövsümün ən yaxşı futbolçusu seçilib və "The Best" mükafatına layiq görülüb.

Argentinalı futbolçu Kriştianu Ronaldu ("Yuventus") və Vircil van Deyki ("Liverpul") qabaqlayıb.

Qeyd edək ki, "The Best" mükafatı 2016-cı ildən bəri təqdim olunur. Ötən il Luka Modriç qalib olmuşdu. Daha əvvəl isə Kriştianu Ronaldu ardıcıl iki dəfə mükafata sahib çıxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR