Tim Dankan

Tim Dankan "Spörs"ə qayıtdı

"San-Antonio"nun sabiq basketbolçusu Tim Dankan komandaya qayıdıb.

Dankan "Spörs"də baş məşqçi Qreqq Popoviçin köməkçisi kimi çalışacaq. Bu barədə "San-Antonio"nun saytında məlumat yerləşdirilib.

Dankan 19 mövsüm "Spörs" forması geyinib və 2016-cı ildə karyerasını bitirib. O, Texas klubunun heyətində 5 dəfə NBA-nın qalibi olub.

Qeyd edək ki, Dankanla yanaşı, Vill Hardi də Popoviçin köməkçisi postuna təyin olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR