Timo Verner karyerasını

Timo Verner karyerasını "Liverpul"da davam etdirmək istəyir

"Laypsiq"in hücumçusu Timo Verner klubunu dəyişmək istəyir.

"Bild"in xəbərinə görə, Verner üçün prioritet variant "Liverpul"du. Alman futbolçu "qırmızılar"ın formasını geyinmək niyyətindədi.

Vernerin "Laypsiq"lə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. 23 yaşlı forvardın sərbəstqalma məbləği 60 milyon avro təşkil edir. Lakin hər il bu rəqəm azalır.

"Liverpul" "Laypsiq"lə yaxşı əlaqələrə malikdi. Daha əvvəl Mersisayd təmsilçisi "saksoniyalılar"dan Nabi Keytanı transfer etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR