Timofey Mozqov karyerasını

Timofey Mozqov karyerasını "Ximki"də davam etdirəcək (FOTO)

Timofey Mozqov "Ximki" ilə anlaşıb. Klub saytının məlumatına görə, Mozqovla 1 illik müqavilə imzalanıb.

Son 9 il ərzində 33 yaşlı basketbolçu NBA-da "Nyu-York", "Denver," Klivlend", "Leykers", "Bruklin" və "Orlando" klublarında çıxış edib. Mozqov 2015-16 mövsümündə liqanın qalibi olub.

Mərkəz oyunçusu daha əvvəl 2006-2010-cu illərdə və 2011-ci ildəki NBA lokautu zamanı "Ximki"də oynayıb.

Qeyd edək ki, Mozqov "Ximki"nin mövsümlərarası fasilədə heyətinə qatdığı 8-ci oyunçudu.
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR