"Tobol" uduzdu, Emilin seriyası qırıldı

Qazaxıstan Premyer Liqasında 30-cu turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, millimizin əsas qapıçı Emil Balayevin formasını geydiyi "Tobol" doğma meydanda Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan gürcü mütəxəssis Kaxaber Tsxadadzenin çalışdırdığı "Ordabası" ilə qarşılaşıb.
 
Bu görüşdə Kustanay təmsilçisi "Ordabası"ya 1:2 hesabı ilə məğlub olub. Nəticədə turnir cədvəlinin lideri "Kayrat"dan cəmi 3 xal geri qalan komandanın çempionluq şansları da azalıb. 
 
Mövsüm ərzində 699 dəqiqədi ki, qapısından qol buraxmayan və mövsümün rekordçusu olan Emil Balayevin "quru" seriyası da bu matçda qırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR