Millimiz Niderlanda uduzdu

Millimiz Niderlanda uduzdu

Avropa üzrə qadın voleybolçuların Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnirinə start verilib.

Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ev sahibləri ilə yanaşı, CEV-in reytinqində ən yüksək sıralarda qərarlaşan və Tokio-2020-yə vəsiqə qazanmayan 7 yığma komanda iştirak edir. Onların arasında Azərbaycan millisi də var. Voleybolçularımız Niderland, Bolqarıstan və Polşa yığmaları ilə birlikdə A qrupunda mübarizə aparırlar.
 
Millimizin ilk rəqibi Niderland olub. Görüş "narıncılar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının üzvü Yelizaveta Səmədova 18 xalla matçın ən məhsuldar oyunçusu olub.


Tokio-2020-nin təsnifat turniri

Apeldorn, Niderland

A qrupu

Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
 
Polşa - Bolqarıstan - 3:1 (23:25, 25:20, 25:19, 25:22)
 
Turnir cədvəli: 1. Niderland (3), 2. Polşa (3), 3. Bolqarıstan (0), 4. Azərbaycan (0).
 
 
Azərbaycan millisinin növbəti rəqibi Bolqarıstan olacaq. Oyun yanvarın 9-da keçiriləcək.

Qruplarında ilk iki sıranı tutan komandalar yarımfinala yüksələcəklər. Təsnifat turniri yanvarın 12-nə kimi davam edəcək. Yekunda sadəcə qalib yığma Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR