"Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziya

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Para Atletika üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, çempionatın beşinci günündə azərbaycanlı idmançı, paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb. F56 kateqoriyasında lövhə atma yarışında paralimpiyaçımız 41.58 metrlik nəticə göstərib. 4-cü yerə çıxan Oloxan Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə Tokio paralimpiadasına lisenziya qazanan azərbaycanlı idmançıların sayı 7-yə yüksəlib.

Bundan əvvəl eyni yarışda daha iki idmançımız - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək "Tokio 2020"-yə lisenziya əldə etmişdilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR