"Tokio-2020": Son qərar bu tarixdə qəbul ediləcək

Tokio-2020 Yay Olimpiya Oyunlarının taleyi ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək. 

Sport7.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin vitse-prezidenti Tosiaki Endo "Kyodo" agentliyinə açıqlamasında deyib. 

"Bu, dünyada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətdən asılı olacaq. Onun fikrincə, ilk növbədə, 2021-ci ilin martında komandaların tərkibi ilə bağlı qərar verməlidirlər. Eyni zamanda, Təşkilat Komitəsi olimpiada ilə bağlı müəyyən qərarlar qəbul edəcək: "Yarışın ləğvi barədə danışmaq hələ tezdir", deyə vitse-prezident bildirib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb. 
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR