"Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına 6-cı lisenziya

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, yarışların ikinci günündə Azərbaycan paralimpiyaçısı Samir Nəbiyev F57 kateqoriyasında nüvə itələmə yarışında 14.06 m nəticə göstərərək dördüncü yerə sahib olub. Bu yarışlarda ilk dördlüyə düşən idmançılar "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanır. İdmançımız ilk dördlüyə düşdüyünə görə Tokio paralimpiyadasına lisenziyanı təmin edib. Beləliklə "Tokio 2020" üçün qazanılmış lisenziyalarımızın sayı 6-ya yüksəlib.

Dünya Çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR