Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı

Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Pralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.

Sport7.az xəbər verir ki, bu barədə yarışın Təşkilat komitəsinin rəsmi saytı məlumat yayıb.

Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq. Sadəcə, bəzi yarışların başlama və bitmə tarixləri dəqiqləşdirilib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağı qərar martda qəbul olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR