Tomas Müller

Tomas Müller "Bavariya"nı tərk etməyə hazırdı

Tomas Müller "Bavariya"dan ayrılmaq fikrinə düşüb.

Müller yığma komandaların oyunları ilə bağlı yaranan fasilədə rəhbərliklə klubdakı gələcəyini müzakirə etmək istəyir. "Sport Bild"in xəbərinə görə, alman futbolçu 2020-ci ilin yanvar ayında "Bavariya"nı tərk etməyə hazırdı. O, oyun praktikasının azlığından narazıdı.

Müller cari mövsümdə Bundesliqada 7 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR