Toğrul Əsgərov uduzdu, amma...

Toğrul Əsgərov uduzdu, amma...

ABŞ-ın Las-Veqas şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Çempionatında iştirak edən azərbaycanlı Toğrul Əsgərov mübarizəni 1/4 finalda dayandırıb. Sport7.az xəbər verir ki, Olimpiya çempionumuzun müqavimətini italiyalı Frank Çamizo qırıb.

Əsgərov rəqibinə 5:10 hesabı ilə uduzub. Xatırladaq ki, Frank Çamizo Bakıda keçirilən I Avropa Oyunlarının finalında da Toğrul Əsgərovla üz-üzə gəlmişdi. Həmin görüş isə təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatmışdı. Nəticədə Əsgərov Avropa Oyunlarının qızıl medalına yiyələnmişdi.

Qeyd edək ki, Əsgərova qalib gələn Çamizo finala vəsiqə qazanıb. Bu da o deməkdir ki, Əsgərov növbəti dəfə Olimpiyaya lisenziya almaq üçün bürünc medal uğrunda güləşəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR