"Tottenhem" heyətini hollandiyalı futbolçu ilə gücləndirir

PSV-nin vinqeri Steven Berqveyn yaxın günlərdə "Tottenhem"ə keçəcək.

"Voetbal International"-ın xəbərinə görə, tərəflər 32 milyon avro (bonuslar da daxil olmaqla) qarşılığında transferi razılaşdırıblar. Berqveynin bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.

Cari mövsümdə Erediviziyada 16 matçda meydana çıxan hollandiyalı futbolçu 5 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR