"Tottenhem" öz yetirməsi ilə yeni müqavilə bağladı

"Tottenhem" gənc müdafiəçisi Cafet Tanqanqa ilə müqavilənin müddətini uzadıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu paytaxt klubu ilə 5 illik müqaviləyə imza atıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitməli idi.

İngiltərənin gənclərdən ibarət yığmasının da üzvü olan Tanqanqa klubun öz yetirməsidir. O, son mövsümdə London təmsilçisinin heyətində 13 oyuna çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR