"Toyota"nın yeni basketbolçu-robotu üçlük ata bilir - VİDEO

"Toyota" "Cue 3" adlı yeni basketbolçu-robotu təqdim edib.

"Cue 3" 2017-ci ildə hazırlanan ilkin versiyadan fərqli olaraq, təkcə cərimə atışlarını yox, həm də üçlükləri yerinə yetirə bilir. Ötən gün Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən təqdimat zamanı 207 sm. hündürlüyə sahib olan robot 8 üçlük atışından 5-də dəqiq olub. Mühəndislərin sözlərinə görə, normalda "Cue 3" daha yüksək dəqiqlik göstəricilərinə malikdi.

"Cue 3" indilik sərbəst şəkildə hərəkət edə bilmədiyindən, ancaq statik formada atışları yerinə yetirir.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR