“Trabzonspor”da “zəlzələ” – 6:2 hesablı qələbədən sonra...

“Trabzonspor”da “zəlzələ” – 6:2 hesablı qələbədən sonra...

Dünən Türkiyə Superliqasında "Kayserispor”u 6:2 hesabıyla məğlub edən "Trabzonspor”un düşərgəsində gözlənilməz hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, Trabzon klubunun rəhbərliyi baş məşqçi Ünal Karamanı istefaya göndərib.

Qeyd edək ki, iki tur əvvəl "Trabzonspor” "Konyaspor”u səfərdə 1:0 hesabıyla məğlub etsə də, azarkeşlər və klub prezidenti Ahmet Ağaoğlu oyundan narazı qaldığını bildirmişdi.

Hazırda "Trabzonspor” 17 turdan sonra topladığı 32 xalla turnir cədvəlində 3-cü sırada yer alır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR