"Trabzonspor" da Mahirlə maraqlanır

Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu Türkiyənin "Trabzonspor” klubunun skautları da izləyiblər.

Sport7.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə qara dəniz təmsilçisinin nümayəndləri yığmanın və "Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, "Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Türkiyə mətbuatında daha öncə də "Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR