Turabovun komandasından heç-heçə

Turabovun komandasından heç-heçə

Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş” də növbəti matçına çıxıb. Səfərdə "Partizani” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Start heyətində meydana çıxan Turabov 80-ci dəqiqədə əvəzlənib.

"Biliş” 5 turdan sonra 8 xalla 4-cü pillədə qərarlaşıb.

Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR