Turan Bayramov 1/4 finalda

Turan Bayramov 1/4 finalda

Bu gün güləş üzrə Kiyev turniri start götürüb.

Sport7.az xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb. 
Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Mahir Əmiraslanov debütdə ukraynalı həmkarına sonuncu xal prinsipinə əsasən qalib gəlib.

Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb. Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb.

Əşrəf Aşırov ilk görüşdə gürcü rəqibindən üstün olub.

Sərbəst güləş

57 kq
 
1/16 final: Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus) 1:2
1/16 final: Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna) *2:2
1/8 final: İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan)
1/8 final: Mahir Əmiraslanov - Mahmudcan Şövkətov (Özbəkistan)

65 kq

Təsnifat: Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) +:-
1/16 final: Turan Bayramov – Qor Ohannesyan (Ukrayna) 5:4 (tuşe)
1/16 final: Əli Rəhimzadə - Alibek Osmanov (Qırğızıstan) 12:2
1/8 final: Turan Bayramov - Andre Bekrenyov (Belarus) 11:0
1/4 final: Turan Bayramov - Jozef Makenna (ABŞ)
1/8 final: Əli Rəhimzadə

74 kq
 
1/16 final: Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan) 2:0
1/8 final: Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpey (İran)

97 kq
 
Təsnifat: İslam İlyasov – Timofey Xenidis (Yunanıstan) 7:3
1/8 final: İslam İlyasov - Elisbar Odikadze (Gürcüstan)

Qadın güləşi

50 kq
 
1/8 final: Türkan Nəsirova – Aynur Erge (Türkiyə)

68 kq
 
1/4 final: İrina Netreba – Nataliya Strjalka (Polşa)

76 kq
 
1/8 final: Gözəl Zutova – Səbirə Əliyeva
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR