"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi - Adı bizdə

"Turan Tovuz" rəhbərliyi bu yaxınlarda komandadan ayrılıb "Qəbələ"yə gedən Azər Bağırovu əvəzləyəcək mütəxəssis tapıb.
 
Etibarlı mənbədən Sport7.az-a verilən məlumata görə tovuzluların yeni baş məşqçisi İlham Yadullayev olacaq. Artıq mütəxəssislə razılıq əldə olunub və təyinat yaxın 1-2 gün ərzində rəsmiləşəcək. 
 
Futbolçu karyerası ərzində "Neftçi", "Qarabağ", "Şəmkir", "Kəpəz", "Voln", "Tavriya" (hər ikisi Ukrayna), "Sanat Naft" (İran), "Karvan", MOİK kimi komandaların formasını geymiş Yadullayev 1998-2004 illəri aralığında millimizin şərəfini qoruyub. Yığmada 34 oyuna çıxıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR