Türkiyə ilk qələbəsini qazandı, Almaniya Belçikanı məğlub etdi

Türkiyə ilk qələbəsini qazandı, Almaniya Belçikanı məğlub etdi

Avropa üzrə qadın voleybolçuların Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnirində mübarizə davam edir.

Ötən gün A və B qrupları üzrə olmaqla, toplam üç görüş keçirilib. Millimizin yer aldığı A qrupunda ev sahibi Niderland Bolqarıstana set verməyib. B qrupunda lider Almaniya Belçikanı 3:1 hesabı ilə məğlub edib. Eyni hesab Xorvatiya - Türkiyə oyununda da qeydə alınıb. "Ay-ulduzlular" qələbə qazanıb.


Tokio-2020-nin təsnifat turniri

Apeldorn, Niderland

A qrupu

Bolqarıstan - Niderland - 0:3 (19:25, 19:25, 24:26)

Turnir cədvəli: 1. Niderland (6), 2. Polşa (3), 3. Azərbaycan (0), 4. Bolqarıstan (0).

 
B qrupu

Xorvatiya - Türkiyə - 1:3 (28:26, 12:25, 20:25, 21:25)

Belçika - Almaniya - 1:3 (31:33, 24:26, 26:24, 22:25)

Turnir cədvəli: 1. Almaniya (6), 2. Türkiyə (3), 3. Belçika (0), 4. Xorvatiya (0).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR