Türkiyə mediası

Türkiyə mediası "Qarabağdan" nələr yazdı - FOTO

Azərbaycan təmsilçisi "Qarabağ"ın tarixi uğuru dünya mətbuatının gündəminə düşüb.

Tarixində ilk dəfə Avropa Liqasının qruplarına düşən komandamız Türkiyə mətbuatında "Qardaş klubdan tarixi qələbə", "Azərbaycanlı qardaşlardan tarixi uğur" kimi başlıqlarla "Qarabağ"ın uğuru oxuculara çatdırılıb.

Türkiyəni nüfuzlu NTV Spor saytı da "Qarabağ"la bağlı ""Qarabağ"dan tarixi qələbə" başlıqlı yazı yayımlayıb.

Rusiya mətbuatında isə təmsilçimizin uğuru "Qarabağ" heç-heçə oynayaraq "Twente"ni Avropa Liqasından kənarda qoydu" başlığı ilə yayımlanıb.

"Twente"nin rəsmi saytında da dünənki oyunla bağlı xəbər yayımlanıb. Klubun rəsmi saytında azerkeşlərə "Twente"nin Avropa Liqasında mübarizəni dayandırdığı elan edilib (anspress.com)

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR