Türkiyə prezidenti Azərbaycanı təmsil edən idmançının görüşünü telefonla izlədi

Türkiyə prezidenti Azərbaycanı təmsil edən idmançının görüşünü telefonla izlədi

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Bakı -2015 ilk Avropa Oyunlarını mobil telefonla izləməsinin görüntüsü yayılıb. 

Sport7.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İstanbuldan Ankaraya səfər zamanı türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalpın çıxışını telefon vasitəsi ilə izləyib. 

Ərdoğan eyni zamanda Bakı-2015-də medal qazan türkiyəli idmançılar - Enes Ərkan, Rıza Kayaalp, Burak Uyqur və Serap Özçəliyə təbrik məktubu göndərib.

Xatırladaq ki, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rıza Kayaalp Avropa Oyunlarında qızıl medalın sahibi olub. O, Azərbaycanı təmsil edən Sabah Şəriətini 3:0 hesabı ilə məğlub etdikdən sonra hər 2 ölkənin bayrağını Heydər Əliyev adına İdman Arenasında dalğalandırmaqla yerli publikanın könlünü alıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR