Türkiyə Superliqasında çempion müəyyənləşdi

Türkiyə Superliqasında çempion müəyyənləşdi

Kişi basketbolçuların Türkiyə Superliqasında final seriyasının 7-ci oyunu keçirilib.

"Anadolu Efes" "Fənərbağça"nı qəbul edib. İkinci periodun sonlarından etibarən xal fərqini açmağa başlayan ev sahibləri sona qədər üstünlüyü əldən verməyiblər. Nəticədə "Fənərbağça"nı 89:74 hesabı ilə məğlub edən "Anadolu Efes" final seriyasını 4:3 öndə bitirərək Türkiyə Superliqasının çempionu olub.

Şeyn Larkin 38 xalla qarşılaşmaya damğa vurub və seriyanın "ən dəyərli oyunçusu" (MVP) seçilib. "Fənərbağça"nın heyətində Kostas Slukas 21 xalla matçı tamamlayıb.


Türkiyə Superliqası

Final seriyası (7-ci oyun)

"Anadolu Efes" - "Fənərbağça" - 89:74

Seriyada hesab - 4:3


Qeyd edək ki, bu, "Efes"in sayca 14-cü ölkə çempionluğudu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR