Türkiyə yenə məyus etdi - VİDEO

Türkiyə yenə məyus etdi - VİDEO



AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Sport7.az xəbər verir ki, bu gecə qitə arenalarında daha 9 oyun keçirilib.

A qrupunda qardaş Türkiyə yığması evdə meydana çıxıb. İlk turda İslandiyaya 0:3 hesabı ilə yenilən "ay-ulduz"lular yenə məğlubiyyətlə barışıb. Hesabı 8-ci dəqiqədə Umut Bulut açsa da, çexlər 2 qol vuraraq qələbə qazanıb - 2:1. İlk turda Çexiyaya yenilən Hollandiya məğlubiyyətdən güclə xilas olub. Qazaxıstanı qəbul edən "narıncılar" 17-ci dəqiqədə məğlub duruma düşüb. Hollandiya 62-cı dəqiqədə sonra 3 qol vuraraq 3:1 hesabblı qələbəyə sevib. Qrupun digər oyununda isə İslandiya Latviyanı darmadağın edib - 3:0.

B qrupunda Belçika Andorranı 6 cavabsız qolla yenib. İsrail səfərdə Cənubi Kiprə 2:1 hesabı ilə qalib gəlib. Uels - Bosniya və Herseqovina matçında isə qol vurulmayıb - 0:0.

Millimizin yer aldığı H qrupunda 3 oyun keçirilib. Azərbaycan səfərdə İtaliyaya 1:2 hesabı ilə məğlub olub. Ötən ay Bakıda millimizi yenən Bolqarıstan evdə Xorvatiyaya uduzub - 0:1. Norveç səfərdə Maltanı 3:0 hesabı ilə üstələyib.

AVRO-2016
Seçmə mərhələ
10 oktyabr

A qrupu
Latviya - İslandiya 0:3

Sport7.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR