Türkiyədə futbol liqaları dayandırıldı

Türkiyədə futbol liqaları dayandırıldı

Futbol üzrə Türkiyə liqalarının oyunları dayandırılıb.
 
Sport7.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. 
 
Nəşrin iddiasına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub. Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihat Özdemir və gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR