"Türkiyənin Fransaya birbaşa vəsiqə qazanması eşidəndə..."- İslambey Kuat

Ötən gecə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Qazaxıstanın səfərdə Latviya millisini 1:0 hesabı ilə məğlub etməsi, Türkiyə yığmasını ən yaxşı qrup üçüncüsü kimi Fransaya yolladı. Sport7.az xəbər verir ki, ötən gecədən bəri qazaxların qoluna imza atan İslambey Kuat diqqət mərkəzinə düşüb.

Türklərin gündəminə gələn futbolçunun özü də durumdan çox xoşbəxtdi. Bunu açıqlamasında 22 yaşlı "Kayrat"ın üzvü deyib: "Bu qələbəyə görə çox xoşbəxtəm. Türkiyə ve türk xalqı üçün də sevincliyəm. Qarşılaşmadan öncə digər komandaların problemləri bizi maraqlandırmırdı. Əvvəlcə öz problemlərimizi həll edib, qrupda ilk qələbəmizi qazanmaq istəyirdik. Ancaq oyundan sonra Türkiyənin Fransaya birbaşa vəsiqə qazanması eşidəndə çox sevindim. İnanıram ki, final mərhələsində uğurlu çıxış edəcəkər. Onsuz da yaxşı heyətə sahibdirlər".

Qeyd edək ki, Qazaxıstan seçmə mərhələni 5 xalla başa vurdu.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR