"Türkiyəyə qarşı geri addım atmaq fikrimiz yoxdu" - Polşa millisinin baş məşqçisi

Bu gün qadın voleybolçuların Avropa çempionatında yarımfinal mərhələsi çərçivəsində Türkiyə və Polşa milliləri üz-üzə gələcək.

Oyun ərəfəsində hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüb.

Covanni Quidetti (Türkiyə yığmasının baş məşqçisi): "Möhtəşəm azarkeşlərimiz önündə daha iki dəfə meydana çıxmaq şansı əldə etdiyimiz üçün çox sevinirik. İndiyə kimi etdiklərimizə görə, onsuz da, qürur duyuruq. Əlbəttə, hədəfimiz turniri ən yaxşı şəkildə bitirməkdi. Növbəti rəqibimiz Polşadı. Uzun oyunçulara sahibdilər və hücumda çox güclüdülər. Yarımfinalda çox diqqətli olmalıyıq. Həm biz, həm də azarkeşlərimiz üçün önəmli matç olacaq".

Yatsek Navrotski (Polşa yığmasının baş məşqçisi): "Yarımfinala vəsiqə bizim komanda üçün böyük məna ifadə edir. İştah yeməklə gəlir, bilirəm, amma biz hər top uğrunda sona qədər döyüşmək üçün buradayıq. Qızlarım ritmə düşəndə istənilən komanda ilə başa-baş mübarizə apara biləcəklərini göstərdilər. Türkiyəyə qarşı da geri addım atmaq fikrimiz yoxdu. Qələbə üçün oynayacağıq. Keçmişə nəzər salsaq, Polşanın burada uğurlar qazandığını görə bilərik. Ancaq mən keçmişlə bağlı müqayisələri çox da xoşlamıram. Biz artıq öz tariximizi yazmışıq. Qızlarımız Polşa qadın voleybolunun yeni səhifəsinin "memarlar"ıdı. Belə bir komandaya sahibik".

Türkiyə - Polşa matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR