Tyerri Anrinin yeni iş yeri müəyyənləşdi

Tyerri Anrinin yeni iş yeri müəyyənləşdi

"Monreal İmpekt"in yeni baş məşqçisi müəyyənləşib.

Kanada təmsilçisini Tyerri Anri çalışdıracaq. Onun müqaviləsi iki il müddətinə nəzərdə tutulub.

Anri mətbuat konfransında təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Monreal İmpekt"i çalışdırmaq və MLS-ə qayıtmaq mənim üçün fəxrdi. Bura mənə yaxşı tanış olan və xoş anlar keçirdiyim çempionatdı. Böyük multikultural irsə malik Kvebekdə, Monrealda olmaq inanılmazdı. Həmişə "İmpekt"i izləyirdim, indi isə buradayam".

Fransız mütəxəssisin son iş yeri "Monako" olub. O, həmçinin Belçika millisində baş məşqçi Roberto Martinesin köməkçisi idi.

Qeyd edək ki, Anri 2010-2014-cü illər aralığında MLS klublarından "Nyu-York Red Bulls"də çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR