"U-17-yə legioner gətirmək cinayətdi" - VİDEO

Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" aprelin 19-da növbəti dəfə efirə gedib.

Sport7.az xəbər verir ki, aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar PRO kateqoriyalı mütəxəssis Arif Əsədov, "Əlincə" FK-nın U-13 komandasının baş məşqçisi Cəfər Hüseynov və idman yazarı Amal Abuşov olub. Verilişdə Bakıda keçiriləcək 17 yaşlıların Avropa Çempionatı müzakirə olunub. Bu mötəbər turnirdə yığmamızın şanslarını dəyərləndirən qonaqlar, təbliğat tədbirləri, rəqiblər haqqında söhbət edib. Studiyada legioner futbolçuların  yığmamıza cəlb edilməsi mövzusu ətrafında maraqlı fikirlər səslənib.  

Qeyd edək ki, "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da "MYVİDEO" kanalında canlı yayımda efirə gedir. "MYVİDEO" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR