U-17 yenə eyni rəqibə məğlub oldu

U-17 yenə eyni rəqibə məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
 
Sport7.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun Belarus yığmasının 2:0 hesablı qələbəsilə başa çatıb.
 
Eyni stadionda bir neçə gün əvvəl Belarusla keçirilən ilk matçda da yığmamız məğlub olmuşadu. Belarus millisi Vüqar Məmmədin komandasının qapısından 4 qol keçirmişdi - 1:4.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR