U-23 yığmasının yaradılacağı təsdiqlənmədi

U-23 yığmasının yaradılacağı təsdiqlənmədi

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yaradılmayacaq.

Sport7.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

"Azərbaycan Radio”sunun qonağı olan Məmmədov bildirib ki, U-23 yığmasının yaradılması ilə bağlı təklif qəbul edilməyib: "AFFA İcraiyyə Komitəsində belə bir fikir səslənmişdi. Ancaq bu təklif təsdiqlənmədi. Mənim fikrimi soruşursunuzsa, buna ehtiyac yoxdur. Çünki həmin yaşda oyunçu artıq əsas millidə oynamalıdır. Əlavə U-23 yığmasına ehtiyac yoxdur. Bu, bizim sistemimizə də uyğun gəlmir. Premyer Liqada klublarla bağlı da limit var. U-23-ün yaradılması artıq gündəmdə deyil”.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR