UEFA Amerikada ölüdürülən afroamerikalıya görə müraciət yaydı

UEFA Amerikada ölüdürülən afroamerikalıya görə müraciət yaydı

UEFA ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həlak olmasına reaksiya verib.

Sport7.az xəbər verir ki, UEFA-nın "Twitter"dəki səhifəsində "İrqçiliyə yox de. Biz birlikdə güclüyük" başlıqlı müraciət yerləşdirib. Təşkilatın müraciətinə qara kvadrat da əlavə edilib. 
 
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bəzi hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR