Belçikalı deputat

Belçikalı deputat "Qarabağ"ın oyunundan danışdı: "UEFA-dan cəsur qərar gözləyirik"

"Qarabağ"- "Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədi. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdı".

Sport7.az xəbər verir ki, bu sözləri Belçika Parlamentinin deputatı Şevket Temiz bildirib. Bununla bağlı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

"Qarabağ beynəlxalq hüquqda da Azərbaycan torpağıdı. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur. Bu, bizi narahat edir. Ümumiyyətlə, idman yarışlarını siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdı. UEFA-dan cəsur qərar - cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidi", deyə deputat açıqlamasında qeyd edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR