UEFA-dan cəza gəldi

UEFA-dan cəza gəldi

UEFA İntizam Komitəsi İsveçrənin "Bazel" klubunu cəzalandırıb. Sport7.az xəbər verir ki, buna səbəb komandanın azarkeşləri olub.
 
Hadisə Çempionlar Liqasının qrup mərhələsinin son turundakı "Real" matçında baş verib. Bir qrup "Bazel" fanatının oyun zamanı meydançaya daxil olması səbəbindən oyun 6 dəqiqə dayanmışdı. Həmin olayları araşdıran İntizam Komitəsi İsveçrə klubunu 10 min avro məbləğində cərimələyib.
 
Qeyd edək ki, "Bazel"in Çempionlar Liqasının 1/8 finalındakı rəqibi Portuqaliya "Porto"sudur. 

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR