Sport7.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiayası üzündən qeyri-müəyyən vaxta təxirə salınıb.
Final qarşılaşmalarının taleyi UEFA-nın yaratdığı
İşçi Qrupu assosiasiyanın prezidenti Aleksander Çeferinin başçılığı ilə təşkil
olunacaq videokonfransda müzakirə olunacaq. Konfransda mümkün variantlar nəzərdən
keçiriləcək.
Xatırladaq
ki, Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (Türkiyə), Avropa
Liqasının həlledici matçı mayın 27-də Qdanskda (Polşa), qadınların Çempionlar
Liqasındakı görüş mayın 24-də Vyanada (Avstriya) keçirilməli idi.