UEFA-dan iddialara sərt cavab: “Bu, axmaqlıqdır!”

UEFA-dan iddialara sərt cavab: “Bu, axmaqlıqdır!”

UEFA prezidenti Aleksander Ceferin UEFA-ya yönələn ittihamları rədd edib.

Sport7.az xəbər verir ki, İspaniya mətbuatı UEFA-nı İtaliyadakı kütləvi yoluxmaların əsas səbəbkarı kimi göstərmişdi. İddialara görə fevralın 20-də keçirilən "Atalanata” – "Valensiya” qarşılaşması koronavirusun İtaliyada sürətlə yayılmasına səbəb olub.

"Atalanata”nın 4:1 hesablı qələbəsiylə yekunlaşan həmin qarşılaşmada "San Siro”nun dolu tribunaları qarşısında keçirilmişdi.

UEFA prezidenti bu iddialara belə cavab verib: "Belə bir iddialar mən də eşitdim. Sadəcə, axmaqlıqdır. "Valensiya” – "Atalanta” qarşılaşması İspaniyada keçirilən vaxt Avropanın hər yerində çempionatlar keçirilirdi. Yalnız azarkeşlərin stadiona girişinə qadağa vardı. Biz də İspaniyadakı görüşü azarkeşsiz oynatdıq. İlk oyun zamanı isə vəziyyətin belə şəkil alacağını heç kim bilmirdi. Belədə oyunu azarkeşsiz keçirmək üçün hansı əsası irəli sürəcəkdik? Kim deyərdi ki, Lombardiya bölgəsində virus belə sürətlə yayılacaq?”

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR