UEFA-dan

UEFA-dan "Milan"ın futbolçusuna ağır cəza

"Milan"ın hücumçusu Ante Rebiç avrokuboklardan 5 matçlıq diskvalifikasiya olunub.

Rebiç Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Ayntraxt" və "Strasbur" arasında oynanılan matçda etdiyi hərəkətlərə görə, UEFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

26 yaşlı futbolçu birinci hissənin sonlarında qırmızı vərəqə almış və meydanı tərk edərkən baş hakim Orel Qrinfildin ünvanına təhqiramiz ifadələr səsləndirmişdi.

Qeyd edək ki, "Milan" xorvat oyunçunu 2 il müddətinə "Ayntraxt"dan icarəyə götürüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR