UEFA Çempionlar Liqasının bərpa vaxtını açıqladı

UEFA Çempionlar Liqasının bərpa vaxtını açıqladı

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa tarixi dəqiqləşib.

Sport7.az xəbər verir ki, koronavirus pandemiyasına görə təxirə salınan 1/8 final mərhələsinin cavab oyunlarına avqustun 7-də start veriləcək. Bu haqda "Marka" nəşri məlumat yayıb.

İlk oyun günündə "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun 2:1) və "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1) matçları keçiriləcək. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.

UEFA avrokubokları martın 13-də dayandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR