UEFA Gənclər liqasını da dayandırdı

UEFA Gənclər liqasını da dayandırdı

UEFA Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17-20 apreldə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Sport7.az xəbər verir ki, bununla bağlı qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bu addım atılıb. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi qeyd olunub.

UEFA daha əvvəl Çempionlar Liqasında 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşlərini, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmalarını qeyri-müəyyən müddətə təxirə salıb. Həmçinin AVRO-2020-nin vaxtı 2021-ci ilin yayına, Millətlər Liqasının qarşılaşmaları martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR