UEFA prezidenti:

UEFA prezidenti: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

"Londonda Azərbaycanın iki komandası oynasaydı, heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar".

Sport7.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin deyib.

O, "Arsenal" və "Çelsi" klublarını Avropa Liqasının finalının Bakıda keçirilməsindən narazı qalmaları ilə əlaqədar tənqid edib. Çeferin Oksford Universitetində çıxışı zamanı "Dumanlı Albion" təmsilçilərinin hər yerdə belə davrandıqlarını bildirib: "İngiltərə klubları varsa, deməli, narazılıq var. Onlar inanılmazdırlar! "Nəyə görə final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar yaşayırlar. Onlar vaxt fərqi ilə əlaqədar oyuna axşam saat 11-də baxmalı idilər. Amma heç kim bundan şikayətlənmədi.

İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hanıs ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini  görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR