"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklardakı növbəti potensial rəqibləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində üz-üzə gələcək "Legiya” (Polşa) – "Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. Bu rəqiblər sentyabrın 24-də üz-üzə gələcək. Azərbaycan çempionu pley-offda sözügedn matçın qalibi ilə oynayacaq.

Pley-offun qarşılaşmaları isə oktyabrın 1-də təşkil olunacaq. "Qarabağ” bir oyundan ibarət mərhələnin matçını səfərdə keçirəcək.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ” Çempionlar Liqasında "Sileks”i (Şimali Makedoniya) 4:0, "Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib, "Molde”yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub – 5:6.

Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR