UEFA rəsmisi Ukrayna Futbol Assosiasiyasını məsuliyyətsiz adlandırdı

UEFA rəsmisi Ukrayna Futbol Assosiasiyasını məsuliyyətsiz adlandırdı

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda koronavirus üzündən ləğv olunmuş İsveçrə - Ukrayna oyunundan sonra qonaqlara texniki məğlubiyyət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sport7.az xəbər verir ki, qurumun Apellyasiya Komitəsinin rəhbəri Pedro Tomas Markes mətbuata açıqlamasında bunu Ukrayna Futbol Assosiasiyasının (UAF) məsuliyyətsizliyi ilə əlaqələndirib.

Onun fikrincə, UAF Almaniyada bəzi futbolçuların koronavirus testlərinin nəticələri müsbət çıxdıqdan sonra onların tam əvəzlənməsi üçün oyunçu potensialını əvvəlcədən müəyyənləşdirməyib.

Ukrayna yığması texniki məğlubiyyət nəticəsində B Liqasına düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR