UEFA Şotlandiya klublarını cəzalandırdı

UEFA Şotlandiya klublarını cəzalandırdı

UEFA Şotlandiyanın "Seltik" və "Reyncers" futbol klublarını cərimələyib.

Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. Qlazqo təmsilçisi Avropa Liqasının 1/16 final mərhələsinin Portuqaliya "Braqa"sı ilə ev oyununda (3:2) meydana azarkeş daxil olduğu üçün 10 min avro məbləğində cərimə ödəyəcək. Həmin qarşılaşmada azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsi də klubu ziyana salıb - 5 250 avro.

Bundan başqa, "Reyncers" Avropa Liqasının 1/8 final mərhələsinin Almaniya "Bayer"i ilə evdəki matçında (1:3) yerli fanatların meydana yad cisimlər atması səbəbindən 5 250 avro məbləğində cərimə olunub.

"Seltik" isə Avropa Liqasının 1/16 final mərhələsində Danimarka "Kopenhagen"i ilə səfər oyununa gecikdiyi üçün 15 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, 1/16 final mərhələsində "Braqa"nı iki oyunun nəticəsinə (3:2, 1:0) əsasən mübarizədən kənarlaşdıran "Reyncers" 1/8 finalın ilk qarşılaşmasında doğma meydanda "Bayer"ə 1:3 hesabı ilə uduzub. Cavab görüşü koronavirus pandemiyasına görə təxirə salınıb. "Seltik" isə 1/16 finalda "Kopenhagen"ə (1:1, 1:3) məğlub olaraq mübarizəni dayandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR