"UEFA-ya beynəlxalq oyunların təcrübəsi lazımdı, yerli liqaya baxmırlar" - AÇIQLAMA

A Milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Zaur bəy UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də keçiriləcək  "Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq...

Ancaq burda bizləri maraqlandıran bir məsələ var. Hacı-Məhərrəmov heç vaxt Azərbaycan Premyer Liqasında oyunlara təyinat almayıb. Bəs belədə UEFA hansı məqamlara görə AFFA rəsmsini beynəlxalq oyunlara nümayəndə kimi təyin edir? Əlbəttə, bu suala elə Zaur bəyin özündən aldıq. O, Sport7.az-a açılamasında məsələni belə izah etdi: "UEFA-nın qaydalarında belə bir şey yoxdu ki, mütləq yerli liqalara da təyinat almalıyam. Burada ümumi və oyun təşkilatçılığı ilə bağlı təcrübəni əsas götürürlər. 6 il ərzində millimizin seçmə mərhələlərdəki bütün oyunlarını UEFA ilə birlikdə mən təşkil etmişəm. UEFA-ya beynəlxalq oyunların təcrübəsi lazımdı. Onlar heç yerli liqaya baxmırlar. Ümumiyyətlə A millidən başqa digər yığmalarımızın, hətta qızların da Bakıda keçirilən oyunlarını mən təşkil etmişəm. Ən çətini isə A millinin oyunlarının təşkilatçılığıdı. Bu ilin martından etibarən əsas millidə menecer oldum. Oyun təşkilatçılığı işini isə assistentimə həvalə etdim. Eyni zamanda hər iki işdə çalışmağım mümkün deyil, çatdırmayacağam. Komanda ilə birlikdə olmalı olduğum üçün, oyun təşkil edə bilmərəm".

Eyni zamanda futzalda koordinator vəzifəsində çalışan Zaur bəy bu işini davam etdirdiyini söylədi: "Futzalda koordinator vəzifəsində qalıram. Orada onsuz da iş gedir və çox vaxt sərf etmirəm. Sadəcə, nəzarətdə saxlayıram ki, hər şey qaydasında olsun. Ancaq futzalda beynəlxalq təyinat verilmir. Liqalara, sənədləşmə işlərinə nəzarət edirəm. Bir də Alesionun rəhbərlik etdiyi millidə koordinatoram".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR