UEFA yalanladı: “Liverpul” çempion elan edilməyəcək

UEFA yalanladı: “Liverpul” çempion elan edilməyəcək

UEFA prezidenti Aleksander Ceferin "Liverpul”un çempionat elan edilməsiylə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sport7.az xəbər verir ki, Ceferin bu haqda söylənilənlərin doğru olmadığını bildirib:

"Bu məlumatlarla tanışam. Amma deyə bilərəm ki, belə bir fikrimiz yoxdu. UEFA-nın belə bir tövsiyyəsi olmayıb. Yarımçıq qalan liqaların liderlərinin çempion edilməsiylə bağlı heç bir qərar yoxdu”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında 29 turdan sonra "Liverpul” liderdi və ən yaxın rəqibini 25 xal qabaqlayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR