Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti açıqlanıb.

Sport7.az xəbər verir ki, baş məşqçi Rayan Giqqzin siyahısında 26 futbol yer alıb. Lakin mütəxəssis yığmanın kapitanı Eşli Uilyamsı heyətə daxil etməyib. 

Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Deyvis ("Stok Siti", İngiltərə)
Müdafiəçilər: Ethan Ampadu ("Leypsiq", Almaniya), Ben Deyvis ("Tottenhem", İngiltərə), Kris Qunter ("Ridinq", İngiltərə), Ceyms Lavrens ("Anderlext", Belçika), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi "Suonsi"), Neyl Teylor ("Aston Villa", İngiltərə)
Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Co Morrell ("Linkoln", İngiltərə), Aron Remsi ("Yuventus", İtaliya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Uill Vaulks ("Kardiff"), Harri Uilson ("Bornmut", İngiltərə), Conni Uilyams ("Çarlton", İngiltərə)
Hücumçular: Qaret Beyl ("Real", İspaniya), Rayan Hedges ("Aberdin", Şotlandiya), Tom Lavrens ("Derbi", İngiltərə), Kifer Mur ("Uiqan", İngiltərə), Ben Vudburn ("Oksford Yunayted", İngiltərə), Sem Uoks ("Stok Siti", İngiltərə)

Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da "Kardiff" stadionunda keçiriləcək.
 
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR