UFC 249 turnirinin harada keçiriləcəyi məlum oldu

UFC 249 turnirinin harada keçiriləcəyi məlum oldu

Aprelin 18-nə planlaşdırılan UFC 249 və sonrakı tanıtım turnirləri özəl adalardan birində keçiriləcək.

Sport7.az xəbər verir ki, UFC prezidenti Deyna Uayt ESPN-in jurnalisti Brett Okamotoya müsahibəsində bu barədə məlumat verib:

"Mən iki ay əvvəldən adanı bron etmişəm. Orada hər həftə döyüş keçirməyi planlaşdırırıq. Adada təhlükəsizliyi təmin etmək üçün bir neçə günə ehtiyacım var. Artıq döyüşlərin orada təşkili üçün bütün lazımi infrastruktur hazırdı".

Döyüşçülərin adaya özəl təyyarələrlə aparılacağı bildirilir. Adanın harada yerləşdiyinə dair indilik məlumat yoxdu. UFC 249 turnirinin bütün döyüşçüləri koronavirus testindən keçəcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR