UFC 249-un nə zaman və harada keçiriləcəyi bəlli oldu

UFC 249-un nə zaman və harada keçiriləcəyi bəlli oldu

UFC 249-un tarixi və keçiriləcəyi məkan rəsmiləşib.

Sport7.az xəbər verir ki, turnir 9 mayda ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində yerləşən "VyStar Veterans Memorial" arenasına keçiriləcək.

UFC 249-un əsas döyüşü Toni Ferqyuson və Castin Qetji arasında olacaq. Turnirin tam döyüş kartı belədi:

Toni Ferqyuson - Castin Qetji
Henri Sehudo - Dominik Kruz
Fransis Nqannu - Jairzinyo Rozenstruyk
Donald Serrone - Entoni Pettis
Ceremi Stivens - Kelvin Kattar
Qreq Hardi - Yorqan De Kastro
Fabrisio Verdum - Aleksey Oleynik
Karla Espraza - Mişel Uoterson
Ronaldo Souza - Yuraya Holl
Visente Luke - Niko Prays
Brays Mitçell - Çarlz Rosa
Rayan Spenn - Sem Alvi

Qeyd edək ki, UFC 249 ilk olaraq 18 apreldə Nyu-Yorkda keçirilməli idi. Lakin turnir koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR