UFC döyüşçüsü tanımadığı adamı küçədə nokauta saldı - VİDEO

UFC döyüşçüsü tanımadığı adamı küçədə nokauta saldı - VİDEO

Amerikalı UFC döyüşçüsü Mayk Perri küçədə tanımadığı adamla dalaşıb.

Sport7.az xəbər verir ki, idmançı bir zərbə ilə nokauta göndərdiyi naməlum şəxsin ona sataşdığını bildirib.

Həmin anın videosunu da "Instagram" hesabında paylaşan Mayk belə yazıb:

"Bu oğlan yumruqla mənim ağzıma vurdu. Hələ əllərini sıxıb yenə üstümə gəlirdi. Belə etməsəydim, dayanmayacaqdı. Hər şeyə son qoymaq qərarı verdim. Onu döyməyə davam edə bilərdim. Amma kənara çəkilib polislə danışmağı üstün tutdum.

Odla oynamayın! Siz zərbə vuranda özünüzdən razı qala bilərsiz, mənim cavabım isə sizin üçün pis olacaq. Özünüzü ələ alın".
 
Perrinin bu paylaşımı ABŞ gündəmini zəbt edib və təbii ki, ciddi müzakirələrə səbəb olub.
 
 
Sport7.az   

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR